QAFQAZ SPA MƏRKƏZİ
AYURVEDA
“Uzun yaşama elmi” olarq tərcümə edilən Ayurveda ənənəvi Hind təbabətidir. Ayurvedanın əsas mahiyyəti ondan ibarətdir ki, insan öz həyatının qayğısına qala və ona şəfa verə bilər. Ayurveda ilə lüzumsuz əziyyətlərdən qurtula və uzun, sağlam həyat yaşaya bilərsiniz
YOGA
Yoga “bütövlük təşkil etmək” mənasına gələn qədim Hind vücud elmidir.yoqa insanın öz şüuru və universal şüurun birliyinə əsaslanır
TAYLAND MASAJI
Tayland masajı bədən əzələlərinin gərilməsi üsulu ilə edilən dərin masajdır. Bu cür masaj əsasən döşəmə üzərində olunur və masaj etdirən şəxs rahat hərəkət etməyə imkan verən paltarlar geyinir. Tayland masajında yağlardan istifadə edilmir
KLASSIK MASAJ
Klassik masaj yoğurma, sığallama, titrətmə hərəkətləri, nəm və ya isti dəsmallama üsulu ilə bədən gərginliyinin aradan qaldırılması terapiyasıdır. Metabolizmi oyadaraq dinclik gətirir.
IDMAN MASAJI
Idman masajı atletik hərəkətlərdən öncə, sonra və ya bu hərəkətlər zamanı tətbiq olunan masaj növüdür. Masajın məqsədi atletin performansını yüksəltmək, yorğunluğunu çıxarmaq, şişkinliyi yox etmək, əzələ gərginliyini azaltmaq və yaralanmaların qarşısını almaq üçün əsnəkliyini artırmaqdır
ŞARKO DUŞ
Şarko duş Fransada dizayn edilmiş geniş istifadə edilən müalicəvi duşdur. əsəblərə rahatladıcı təsir göstərir, rahat yuxu təmin edir, qan dövranını yaxşılaşdırır, osteoxondrozun müalicəsinə və metabolizm problemlərinin həllinə kömək edir
KASKAD DUŞU
Vichy Kaskad duşu bədənə isti leysan təsiri göstərən rahatladıcı və cavanlaşdırıcı spa cihazlarındandır
HIDROMASAJ VANNALARI
Son texnologiya məhsulu olan hidromassaj vannaları tam hidro masaj təmin edərək stres və ağrıları aradan qaldırır




